Ça. Sen 17th, 2019

Hitler-Stalin razılaşması çərçivəsində… – Nazirdən ŞOK İDDİA

Baltikyanı dövlətlər heç vaxt SSRİ-in tərkibinə daxil olmayıb, onlar işğal edilmişdi.

Bu haqda Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tvitter hesabında yazıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin səhifəsində Baltika respublikalarının müstəqilliyi haqqında şərh çıxıb. Mətndə deyilirdi ki, 1990-cı illərin əvvəllərində müstəqillik əldə etməsindən sonra Baltiyanı ölkələr müasir və demokratik hüquqi dövlət ola bilmədilər.

Latviya naziri bu şərhə kəskin reaksiya verərək qeyd edib ki, Baltikyanı regionda sovet respublikaları mövcud deyildi.

“Baltikyanı ölkələr Hitler-Stalin razılaşması çərçivəsində Sovet İttifaqı tərəfindən işğal edilmişdi, onlar sonra müstəqilliyini bərpa etdilər”, – Rinkeviçs dəqiqləşdirib.

O əlavə edib ki, Baltikyanı ölkələr indi tam müstəqil və hüquqi dövlətlərdir.

“Rusiyanın Xarici İşlər Nazirliyi yalnız yalan danışır”, – nazir yekunlaşdırıb. (publika.az)

Paylaş: