Ç. Noy 13th, 2019

“Kayserispor” – “Qalatasaray”: 5 qol, 5 qırmızı, 14 sarı vərəqə – VİDEO

Türkiyə Superliqasında 3-cü tura start verilib.
Turkustan.info xəbər verir ki, turun açılış matçında “Kayserispor” öz meydanında “Qalatasaray”la qarşılaşıb.
Gərgin keçən matçda baş hakim Mustafa Öğretmenoğlu 5 qırmızı, 14 sarı vərəqə göstərib.
Onlardan üçün “Kayserispor”, biri “Qalatasaray” futbolçusuna göstərilib.
Bundan başqa “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin köməkçisi Ümit Davala da qırmızı vərəqə ilə cəzalandırılıb və texniki zonadan qovulub.
5 qolun vurulduğu oyunda “Qalatasaray” 8 nəfər qalan rəqibini çətinliklə məğlub edib 3-2.
“Kayserispor” – “Qalatasaray” – 2:3
Qollar: Pedro, 37 (1-0), Belhanda, 66-pen (1-1), Babel, 87 (1-2), Bulut, 90+1 (2-2), Adem Büyük, 90+8 (2-3)
Qırmızı vərəqələr: Abdennour, 65-ikinci sarı vərəqə, Pedro, 74-ikinci sarı vərəqə, Umut Bulut, 90+4 – ikinci sarı vərəqə (hamısı “Kayserispor”), Emre Mor, 89-ikinci sarı vərəqə (“Qalatasaray”), 90+9 – Ümid Davala (məşqçi, “Qalatasaray”)      /Yeniavaz.com/

Paylaş: