C. Noy 15th, 2019

Soyğunçular valyutadəyişmə məntəqəsindən 2 milyon dollar apardılar

Rusiyanın paytaxtı Moskvada üç kişi valyutadəyişmə məntəqəsini soyublar. Onların 140 milyon rubl (t 2milyon dollardan çox) apardığı bildirilir.

Turkustan.info xəbər verir ki, hadisə Bratislavsk küçəsində baş verib. Soyğunçulardan biri silahlı olub. Onlar valyutadəyişmə məntəqəsinin əməkdaşlarını öldürməklə hədələyiblər. Beləcə, böyük məbləğdə pulla gedə biliblər.

Polis soyğunçuları axtarır.

Keçən ay Moskvada daha bir böyük soyğun hadisəsi baş vermişdi. Onda bankı yarmışdılar. Soyğunçular son hadisəyə nisbətən daha az pul (15 milyon rubl) aparmışdılar.   /Bizimyol.info/

Paylaş: