Ça. Sen 17th, 2019

Tramp İranla bağlı MƏXFİ FOTO paylaşdı – ARA QARIŞDI

ABŞ Prezidenti Donald Tramp tvitter hesabında İranın İmam Xomneyi Kosmik Mərkəzində uğursuz raket sınağından sonra baş verən partlayışa aid məxfi foto paylaşıb.

O, ABŞ-ın bu dəhşətli partlayışla əlaqəsinin olmadığını bildirib, baş verənləri araşdırmaq sahəsində İrana uğurlar arzulayıb.

Mütəxəssislər isə məxfi fotonu paylaşdığı üçün prezidenti sərt tənqid ediblər.

CNBC kanalına danışan ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, cümə günü prezidentə kəşfiyyat toplantısında informasiyalar verilib və bu informasiyalar içərisində onun paylaşdığı foto da olub.

Nüvə silahı üzrə mütəxəssis Ceffri Levis də fotonu paylaşdığına görə Trampı sərt tənqid edib. Onun fikrincə, belə məxfi fotoların ortaya çıxması əcaib qərardır. (teleqraf.com)

Paylaş: