Be. Sen 16th, 2019

Dünya üçün KRİTİK AY: Müharibə bitəcəkmi?

ABŞ və Çin arasında ticarət danışıqları əvvəlki kimi sentyabr ayına planlaşdırılıb.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Danışıqlar sentyabrda olacaq. Bu, dəyişmədi”, – Tramp jurnalistlərə deyib.

Qeyd edək ki, sentyabrın 1-də ABŞ və Çin ticarət müharibəsi çərçivəsində qarşılıqlı olaraq idxal mallarına əlavə rüsumları tətbiq edib. Vaşinqton 125 milyard dollarlıq Çin mallarına rüsumları 15 faizə qədər yüksəldib. Dekabrın 15-dən isə daha 175 milyard dollarlıq Çin malları barəsində əlavə rüsumlar tətbiq ediləcək.

Pekin isə sentyabrın 1-dən 75 milyard dollarlıq Amerika mallarının idxalına 10 fazilik əlavə rüsumlar tətbiq edib. Çin dekabrın 15-dən ABŞ-dan idxal edilən avtomobillər və ehtiyat hissələrinə tətbiq olunan rüsumları 25 faizə qədər yüksəldəcək.

Qeyd edəki, ölkələr arasında ticarət müharibəsi artıq 1,5 ildir davam edir.  /Publika.az/

Paylaş: