Be. Sen 16th, 2019

ABŞ nüvə müharibəsi üçün səbəb tapdı – QORXUNC İDDİA – FOTO

Фото: © REUTERS

Süni intellekt sistemlərinin hərbi tətbiqinin əsl təhlükəsi onlardan nüvə zərbəsinin vurulması haqqında qərarın qəbul olunmasında istifadə olunmasıdır.

Turkustan.info xəbər verir ki, bu sözləri “Breaking Defense” nəşrinə ABŞ müdafiə nazirinin keçmiş müavini Robert Uork bildirib.

“Təsəvvür edin ki, nüvə komandanlığı və idarəetmə sistemində müəyyən parametrlərə uyğun işləyən süni intellekt sistemlərinin proqnoz sistemi var. Bu, konkret bir silah baxımından düşünə biləcəyinizdən daha çox narahatlıq yaradan bir perspektivdir”, – o deyib.

Onun sözlərinə görə, hərbi süni intellekt lazımdır, ancaq gələcək münaqişələrində onun rolunu şişirtmək lazım deyil.

/Publika.az/

Paylaş: