Ça. Noy 12th, 2019

Damlaya toyda atəş açıldı – VİDEO

Damlanın oxuduğu toyda silahdan atəş açılıb. 

Turkustan.info  “Qafqazinfo”ya istinadən  xəbər verir ki,Gürcüstanda həmyerlilərimizin toyunda iştirak edən müğənni Damla gözlənilməz hadisə ilə üzləşib.

Belə ki, müğənni Borçalıda məclislərin birində  mahnı ifa edərkən qəflətən yanındakı şəxs silahdan havaya bir neçə dəfə atəş açıb.

Silah səslərindən qorxan Damla mahnısını yarımçıq dayandıraraq səhnənin kənarına çəkilib.

Paylaş: