Be. Sen 16th, 2019

Müştəri qəribə hərəkətlə soyğunçunu şoka saldı – VİDEO

ABŞ-da restorana qarət üçün girən silahlı cinayətkar gözlənilməz hadisə ilə rastlaşıb.
Turkustan.info  xarici KİV-ə istinadən xəbər verir ki, bir nəfər cinayətkar silahla restorana daxil olub. Kassaya yaxınlaşan soyğunçunu görən hər kəs qaçmağa və ya gizlənməyə başlayıb. Bir nəfər isə yerindən tərpənməyərək telefonla məşğul olub. Bunu görən soyğunçu əsəbləşərək adamın əlindən telefonu almaq istəyib. Müştəri isə sərt hərəkətlə telefonu verməyərək cinayətkarı itələyir. Bir anlıq şoka düşən soyğunçu restoranı soyduqdan sonra uzaqlaşıb. Həmin anlar təhlükəsizlik kameralarına yansıyıb.

/Yeniavaz.com/

Paylaş: