Şb. Okt 19th, 2019

Polis azyaşlını maşın sürərkən saxladı: “Çəkmə dana a kişi” – VİDEO

Mingəçevirdə təmiz hava aylığı çərçivəsində Təbriz küçəsi və Gəncə şossesində keçirilən reyddə maraqlı görüntülər ortaya çıxıb. 

Dövlət Yol Polisinin şəhər bölməsi tərəfindən keçirilən reyd zamanı mühərrikindən havaya normadan artıq zərərli tullantılar buraxan avtomobillər müəyyən olunaraq sürücülərdən bəzilərinə inzibati protokollar tərtib olunub, bəzilərinə isə son xəbərdarlıq edilib.

Reydin gedişində həmçinin avtomobillərində qadağan olunmuş konstruksiya dəyişikliklərindən istifadə edən, ötmə qaydalarına məhəl qoymayan, sürücülük vəsiqəsi olmadan maşın idarə edən sürücülüər aşkarlanıb.

Bununla yanaşı, polislər balaca uşağın avtomobil idarə etməsi halı ilə də rastlaşıb. Uşağın valideyni səhv etdiklərini qəbul edib və daha sonra çəkilişə etiraz edib: “Çəkmə dana a kişi. Gedib şöbədə həll edərik”. (yeniavaz)

Paylaş: