Bz. Dek 15th, 2019

Yalnız bir nəfərin daimi yaşadığı ölkə: 750 milyon avroya almaq istəyiblər

Dünyanın ən kiçik ölkəsi sayılan Silendin tarixi İkinci Dünya Müharibəsindən başlayır. Şimal dənizində, adi platformanın üstündə yerləşən dövlətdə hələ 1942-ci ildə Böyük Britaniyanın 200 nəfərdən ibarət qarnizonu məskən salmışdı. Müharibədən sonra bura heç kimə lazım olmadı.

Turkustan.info Silend haqqında danışacaq. Dünyanın ən kiçik, amma tanınmayan ölkəsi dəmir parçalarının, platformanın üzərində fəaliyyət göstərir. Əsasını 1967-ci ildə mayor Peddi Roy Beyts və onun dostu Ronan O’Reyli qoyub. Beyts özünü cəmi 0,004 km² ərazisi olan yerin knyazı adlandırmağa başlayıb. Bayraq, himn, gerb yaradılıb, 1975-ci ildə ilk konstitusiyası yazılıb. Konstitusiyada cəmi 7 maddə var.

Dünyanın ən kiçik ölkəsində hətta dövlət çevrilişinə cəhd də olub. Günlərin birində O’Reyli dostunun hakimiyyətinə son qoymaq qərarına gəlib. Amma Beyts möhkəm dayanıb, platformanı əldən verməyib.

Silenddə kilsə, hətta futbol meydançası var. Dövlətin milli futbol komandası da yaradılıb. Hərçənd, ölkə vətəndaşlığını cəmi 27 nəfər daşıyır. Vətəndaşlarından yalnız 1-i burada daimi yaşayır.

2007-ci ildə knyazlığı almaq istəyiblər, 750 min avro təklif ediblər. Amma sövdələşmə baş tutmamışdı.

Peddi Roy Beyts 2012-ci ildə 91 yaşında dünyasını dəyişib. Hakimiyyət oğlu Mixailə keçib. Amma dövlətin ikinci başçısı platformada yaşaya bilmir. Şərtlər uyğun deyil. Buna görə də həyat yoldaşı ilə Böyük Britaniyaya köçüb.  /Bizimyol.info/

Paylaş: