Ç. Noy 20th, 2019

10 il çipsi yedi, kar və kor oldu – Qeyri-sağlam qidalar insanı necə məhv edir?

Böyük Britaniyada 17 yaşlı oğlan son 10 ildə qeyri-sağlam qidalar qəbul etdiyi üçün görmə və eşitmə qabiliyyətini itirib. Həkimlər daxili xəstəlikləri tərtib etdikləri sənəddə bu gəncin kartof çipsi, kartof qızartması, ağ çörək və işlənmiş ətlə bəslənmə nəticəsində 15 yaşından etibarən görmə və eşitmə problemi ilə üzləşdiyini bildiriblər.

Bu gəncdə qeyri-sağlam qida istifadəsi nəticəsində vitamin çatışmazlığı görülüb. Bu isə həmin şəxsdə qidalanmaya bağlı olan optik nevropatiyaya (sinir saisteminin pozulması) səbəb olub. Bu narahatlıq daha çox uşaqların yetərsiz qidalandığı inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.

Adı açıqlanmayan gəncin müalicəsini aparan Bristol Universitetinin Milli Səhiyyə Xidmətlərində çalışan Deniz Atan pis qidalanma ilə görmənin itirilməsi arasındakı əlaqəyə dair kifayət qədər məlumatlılığın olmadığını bildirib.

Sözügedən gənc 14 yaşında yorğunluğa görə həkimə müraciət edib. O “yemək seçicisi” olub, heç bir dərman qəbul etməyib və digər sağlamlıq problemi də olmayıb.

Ancaq qan testləri gəncin B12 çatışmazlığına görə qanazlığı olduğunu göstərib. Bu isə yorğunluğa səbəb olan amillərdən biridir. On beş yaşında isə o eşitməsini itirməyə başlayıb. Daha sonra görməni itirməyə başlayıb. İki il ərzində getdikcə ağırlaşan eşitmə və görmə imkanları 17 yaşında tamamilə itirilib.

Sənədi hazırlayanlardan Dr Atan “B vitamini və mis çatışmazlığının da görmə və eşitmənin itirilməsinə səbəb ola biləcəyini” söyləyib. Deniz Atan gəncin sümüklərindəki zəifliyin də D vitamini çtışmazlığından irəli gəldiyini, yetərli miqdarda balıq yağı, pendir və yumurta istifadəsinin olmaması ilə əlaqədar olduğunu bildirib.

Deniz Atan gəncin yemək vərdişləri ilə bağlı “Hər gün məhəllələrindəki balıqçıdan yalnız kartof qızartması alır, çips atışdırır, ağ çörək və işlənmiş donuz kolbasası və sosislərindən yeyirmiş” deyib.

Paylaş: