Şb. Noy 23rd, 2019

Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Bakıya gəlir

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, səfər zamanı Azərbaycanla Rusiya arasında təhlükəzilik məsələlərinə dair məsləhətləşmələr aparılacaq.

“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycan Respublikasına səfər edəcək. Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və iki ölkənin bir sıra nazirlik və qurumlarının nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”, – deyə Rusiya Təhlükəzilik Şurasının press-relizində bildirilir.

Paylaş: