Be. Sen 16th, 2019

İrandan atom bombası ilə bağlı dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: 2 gün içində…

İran 2 gün ərzində zənginləşdirilmiş uranın səviyyəsini 20%-ə çıxara bilər.

Fars agentliyi xəbər verir ki, bunu İran Atom Enerjisi Qurumunun mətbuat katibi Bəhruz Kamalvəndi deyib.

Mətbuat katibi bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına üzv ölkələr İranı zənginləşdirilmiş uranla təmin etməsə, İran özü bu ehtiyacı 2 gündə qarşılamaq potensialına malikdir.

Uranı 20% zənginləşdirmək nüvə bombası istehsalı prosesində lazımi 90% saflıqda parçalana bilən urana çatmaq üçün əhəmiyyətli rəqəm hesab olunur. (publika.az)

Paylaş: