Şb. Okt 19th, 2019

İsgəndərovu Bakıda qətlə YETİRDİLƏR

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Turkustan.info apa-ya istinadən xəbər verir ki, rayon ərazisində 1976-cı il təvəllüdlü Saatlı rayon sakini İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş: