Be. Sen 16th, 2019

Müsəlmanlara mobil telefondan istifadə qadağan edildi

Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib.

Mobil operatorlara Banqladeşin cənub-şərqindəki qaçqın düşərgələrinə göstərilən xidməti 7 gün ərzində dayandırmaq tapşırılıb.

Qeyd olunur ki, qərar təhlükəsizlik məqsədləri ilə bağlı qəbul edilib. Banqladeş polisi bildirib ki, uzun müddət ərzində qaçqın Rohinca müsəlmanları mobil rabitədən sui-istifadə edərək cinayətlər törədib. (trend)

Paylaş: