Ca. Noy 14th, 2019

“Prezident hər gün saat 9-dan iş başındadır” – YAP-dan açıqlama

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov “Amerikanın Səsi” radiosuna açıqlamasında bildirib ki, İlham Əliyevin səhhətində hər hansı problem yoxdur, hər gün iş başındadır:

“Mən rəsmi şəkildə Yeni Azərbaycan Partiyasının adından və öz adımdan bəyan edirəm ki, İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O hər gün səhər idman edir və saat 9-dan iş başındadır. Bu düşmənlərin yaydığı yalandır,” o qeyd edib.

Paylaş: