Şb. Okt 19th, 2019

Qəzənfər Bayramov şöbə müdiri təyin olundu

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Turkustan.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Ekspress” qəzetinin keçmiş baş redaktoru Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə “Ekspress” qəzetinin baş redaktoru olub.

Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev olub.

Paylaş: