Ca. Okt 24th, 2019

Sentyabrda ən çox bu 3 məhsulu yeyin – Orqanizmi qüvvətləndirir

????????????????????????????????????????????????????????????????????????

Havaların sərinləməsi, payızın gəlməsi ilə əlaqədar artıq həkimlər sentyabrdan bədəni və immuniteti möhkəmləndirən məhsullar seçməyi tövsiyyə edir.

Turkustan.info medicina.az-a istinadən bildirir ki, dietoloqlar sentyabrda daha çox balqabaq, gavalı və armud yeməyi məsləhət bilir.

Balqabaqda olan beta karotin dəri, selikli qişa, immunitet və gözlərə yaxşı təsir edir.

Eləcə də soyuq fəsildə respirator virusların profilaktikası üçün lazımdır.

Eləcə də balqabaq orqanizmdən artıq mayeni çıxarır və ürək-damar riskini azaldır.

Nəzərə alın ki, balqabağı bişirib yedikdə mütləq xama və ya kərə yağı ilə birlikdə yeməlisiz.

Gavalı isə antioksidant, pektin tərkiblidir. Orqanizmdə yaydan yığılmış ağır metallar, duzlar, nukleidləri çıxaracaq, bağırsaqları təmizləyəcək.

Armud isə kaliy, maqniy və pektinlərlə zəngindir, xolesterini təmizləyir, mədəni, həzmi yaxşılaşdırır, fermentləri aktivləşdirir.

Paylaş: