Şb. Sen 21st, 2019

Əməkdar artistin oğlu: “Küçələrdə yatıram, zibil daşıyıram, mənə yardım edin” – VİDEO

SSRİ əməkdar artisti, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.
Sənətkarın oğlu küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.
Qabil Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır: “Mənim 74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik “butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər. 
Qabil Mehrəliyevin saytımıza video açıqlamasını təqdim edirik:

(azxeber.com)

Paylaş: