Ca. Dek 12th, 2019

SON DƏQİQƏ: Bakı Nəqliyyat Agentliyi dəhşətli hadisə barədə MƏLUMAT YAYDI – “Şahidlər deyir ki…” – FOTOLAR

Bakı Nəqliyyat Agentliyi bu gün Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat yayıb.

Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb:
“İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəya dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”.

 

****

 

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.
Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub.
Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək. (baku.ws)

Paylaş: