Ca. Noy 14th, 2019

Dövlətə xəyanətdə şübhəli bilinən şəxs həbs edildi

Naxçıvanda dövlətə xəyanətdə şübhəli bilinən Səbuhi Bayram oğlu Hüseynov həbs edilib.

Turkustan.info-nun məlumatına görə, təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

S. Hüseynov barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İsfəndiyar Nağıyevin icraatına verilib.    /BakuPost/

Paylaş: