Be. Sen 16th, 2019

İran Avropaya meydan oxudu: Ya 15 milyard verin, ya da…

Nüvə sazişinə qayıtmağımız üçün Avropa ya Tehrandan neft almalı, ya da ilin sonuna kimi 15 milyard dollar kredit ayırmalıdır.

Turkustan.info xəbər verir ki, bu sözləri İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi deyib.

“Bizim fikrimizcə, Hərtərəfli Birgə Fəaliyyət Planının tamamilə yerinə yetirilməsinə qayıdış 4 ay ərzində 15 milyard dollar əldə etməyimizdən asılıdır. Əks halda öhdəliklərin azaldılması prosesi davam edəcək”, – Arakçi bildirib.  /Axar.az/

Paylaş: