Bz. Sen 22nd, 2019

Kosmosda ilk otel açılacaq

Kosmosda ilk süni oteli 2025-ci ildə açılacaq.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, kosmosda tətil keçirmək artıq xəyal deyil, gerçək ola bilər. Belə ki, kosmosda 400 nəfərin qala biləcəyi mətbəx, restoran və kino otaqlarının da olacağı ilk biznes xarakterli otelin 2025-ci ildə xidmətə başlayacağı gözlənilir.

Gateway fondunun hazırladığı və alman elm adamı Von Braunun adı verilən otel 2025-ci ildə orbitdə olacaq.

Otelin dizaynında Beynəlxalq Kosmos Stansiyasının hazırlanmasında istifadə olunan texnologiyadan istifadə olunub. Ancaq süni yer cazibəsi oteldə qonaqların normal hərəkət etmələrinə şərait yaradacaq.

Beləliklə, işləyənlər və qonaqlar rahat şəkildə uzun müddət oteldə qala biləcəklər.

Gateway fondu kosmos otelini hər həftə təxminən 100 turistin ziyarət edəcəyini gözləyir.   /Lent.az/

Paylaş: