Ça. Noy 12th, 2019

Oranı unudun, ərazinizdə başqa müharibələr olacaq! – Rusiyadan DƏHŞƏTLİ ANONS

Ən yaxın illərdə Ukraynada yeni müharibələr başlanacaq.

Turkustan.info xəbər verir ki, bunu “Rossiya 1” telekanalında televiziya aparıcısı Vladimir Solovyev bildirib.

Onun fikrincə, Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin siyasəti buna gətirib çıxaracaq.

“Siz indi onlardan “kontrabas” götürərək bir sıra vilayətləri yoxsullaşmaya çatdırdınız”, – Solovyev ölkənin qərb vilayətlərində qaçaqmalçılıqla mübarizə üzrə Ukrayna liderinin hərəkətlərinə işarə edib.

“Orada ciddi silahları olan insanlar var. Və onlar deyəcəklər: Niyə bizə belə bir Ukrayna lazımdırr Və siz onlarla mübarizə aparacaqsınız. Donbası unudun! Sizin ərazinizdə başqa müharibələr olacaq!” – televiziya aparıcısı yekunlaşdırıb.  /Publika.az/

Paylaş: