Bz. Sen 22nd, 2019

Paşinyanın tərəfdaşı Putini İrəvanda “həbsxanaya salmaqla” HƏDƏLƏDİ

Ermənistanda anti-rusiya təbliğatının yeni dalğası başlayıb. Xəbər verildiyi kimi Ermənistanın Miqrasiya Xidməti rusiyalı müxalifətçi- ultrasağ mövqeli siyasətçi Vitali Şişkinə siyasi sığınacaq verib, bu Ermənistanda siyasi sığınacaq verilməsi haqda qanunun tətbiqinə dair ilk haldır. İndi isə Paşinyanın yaxın tərəfdaşlarından biri Rusiya prezidenti Vladimir Putini “İrəvanda həbsxanaya salmaqla” hədələyib.

Əvvəlcə “Past” adlı erməni qəzeti Putinin payızda Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana səfəri zamanı həbsdə olan eks-prezident Robert Köçəryanla görüşmək istədiyini yazıb. Qəzet iddia edib ki, Rusiya tərəfi Putinin həbsxanada Köçəryanı ziyarət etməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib.

Qəzetin yazdığına görə erməni tərəfi bu tələbi rədd edib, nəticədə Moskva sammitin Yerevanda keçirilməsinin təxirə salınmasını və başqa üzv ölkənin paytaxtına təyin edilməsini nəzərdən keçirir.

Bu məsələyə “Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin lideri, Soros fondundan və digər qərb institutlarından maliyyələşən və Paşinyanın “məxməri inqilabı”ına fəal dəstək verən Daniel İoannisyan özünün Facebook səhifəsində münasibət bildirib. İoannesyan yazıb ki, Putin Köçəryanın yanına, həbsxanaya getmək istəyirsə öz işidir, amma gərək ehtiyatlı ola. Çünki “qapı arxadan bağlana” bilər.

“Əgər Vladimir Putin Robert Köçəryanla həbsxanada görüşmək istəyirsə qoy ehtiyatlı olsun ki, qapını arxasınca bağlamasınlar”,-o yazıb.

Qeyd edək ki, Paşinyan bu günlərdə İoannesyana işğal altındakı Dağlıq Qarabağdakı “seçkilərin” monitorinqi üçün büdcədən qrant ayırıb. (virtualaz.org)

Paylaş: