Ca. Dek 12th, 2019

Quran kursunda böyük cinayət – Pedofil mollalar onlarla oğlana təcavüz edib…

Türkiyədə Quran kursu öyrədən məktəbdə uşaqları cinsi istismara məruz qoyan mollalar həbs olunub.
Hadisə İstanbulun Ümraniyə bölgəsində “Fıkıh-Der” adlı Quran kursunda baş verib. Bunlar azyaşlıları cinsi istismara məruz qoyan kursun rəhbəri Ömər İşıktekin və müəllimlər – Hacı Serkan Bektaş və Tarık Bektaşdır. Qanunsuz fəaliyyət göstərən kursda dini dərslə yanaşı şagirdlər yatmağa yerlə də təmin ediliblər.
Mənbənin yazdığına görə, cinayətin üstü kursdan ayrılan 17 yaşlı H.R.Ö. adlı şagirdin yanvar ayında polisə gedərək məlumat verməsi nəticəsində açılıb. H.R.Ö. ifadəsində Ömər İşıktekin, Hacı Serkan Bektaş və Tarık Bektaşın kursda qalan çox tələbəyə cinsi təcavüz etdiklərini və zorakılıq tətbiq etdiklərini bildirib.
İstintaq aparılıb və daha 6 şagird polisə gedərək yoldaşlarının ifadəsini təsdiqləyiblər.
İddianamədə 6 uşağa cinsi təcavüz etdiyi sübut olunan Ömər İşıktekinə 145 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib. Kursun müəllimi Hacı Serkan Bektaşın H.R.Ö və Y.E.T-ə qarşı “zəncirləməklə cinsi təcavüz” etdiyinə görə 50 ilədək həbs cəzası istənib. H.R.Ö-yə qarşı “zəncirləməklə cinsi təcavüz” etdiyini boynuna alan Tarık Bektaşa 25 ilədək həbs cəzası istənib.
İttiham olunan şəxslər isə onlara iftira atıldığını bildiriblər. Dərslərdə təxminən 30-40 şagird olduğunu əsas gətirərək belə bir şeyin mümkün olmadığını bildiriblər. Lakin ilk məhkəmə iclasında iddiaları rədd edən hər üç şübhəli həbs olunub.     /Virtualaz.org/

Paylaş: