Be. Sen 16th, 2019

Əmlak Komitəsi: “Jurnalistlərə “kupça”lar yaxın günlərdə həyətdə təqdim olunacaq”

Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin ikinci binasının sənədləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Komitədən verilən məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların  mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.  (APA)

Paylaş: