Bz. Sen 22nd, 2019

Azərbaycan hansı halda Avrasiya İttifaqı və KTMT-a üzv ola bilər? – “BU TƏKLİFƏ GETMƏK OLMAZ”

Moskva ilə ciddi danışıqlar aparılır”.

Turkustan.info bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Rusiyanın Qarabağ münaqişəsinin həllində aktivlik göstərməməsinin səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Rusiya rəhbərliyi Qarabağ münaqişəsinin həlli üçün danışıqların bu ölkədə keçirilməsində maraqlı deyil:

“Kremlin Nikol Paşinyan və İlham Əliyev görüşünün təşkilinə ciddi maraq göstərməməsinin səbəbləri var. Çünki Kreml erməni “inqilabçı”sını qəbul etmir. Bundan sonra da aktiv şəkildə Putinin birbaşa iştirakı ilə belə bir görüşün keçiriləcəyi gözlənilmir. Əvvəllər hər üç dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı mütəmadi olaraq görüşləri keçirilirdi. Ancaq Rusiya Təhlükəsizlik şurasının katibi Patruşevin Ermənistan və Azərbaycana səfərində biz danışıqların intensiv keçirilməsini və Moskvanın vasitəçiliyi ilə liderlərin görüşünün təşkili barədə hər hansı mesajı görmədik”.

Politoloq bildirib ki, Patruşev Bakıya səfəri zamanı Azərbaycana Avrasiya İttifaqına üzv olmağı və KTMT-da müşahidəçi statusunu təklif edib:

“Məhz Ermənistanın veto hüququndan istifadə etməyəcəyi Patruşevin İrəvan səfərində razılaşdırılıb. Bundan öncə, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının nizamnaməsində dəyişiklər edilib və buraya tərəfdaş ölkələrin müşahidəçi kimi üzv olması öz əksini tapıb. Təbii ki, bu dəyişikliklərdə Azərbaycan da nəzərə alınıb. Moskvanın Qarabağla bağlı hər hansı bir ciddi addım atacağı təqdirdə, ölkəmizin Rusiyanın layihələrinə qoşulması müqabilində iki ya üç rayon boşaldılırsa, buna qəti şəkildə getmək olmaz. Rəsmi Moskva ilə bu istiqamətdə danışıqlar aparılırsa, ilk növbədə yeddi rayon qaytarılmalıdır. Hazırda cəbhədə nisbi sakitlik buna yönəlib”.

Paylaş: