Şb. Sen 21st, 2019

Bakıda “Azərbaycan”sız qlobuslar satılır – FOTO

Bakıdakı bəzi ticarət mərkəzlərində Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə həqarət olunan qlobuslar satılır.

Bəzi qlobuslarda Azərbaycan ərazisi ya yarımçıq göstərilib, ya da ümumiyyətlə əksini tapmayıb. Qlobusların birində işğal altındakı ərazilərimiz də gözə dəymir. Çin istehsalı olan qlobusların birində isə bölgə ölkələri, o cümlədən Gürcüstan və Ermənistanın adı, həmçinin xəritəsi əksini tapsa da, Azərbaycan “yaddan çıxarılıb”.

Satıcılardan bu barədə soruşduqda bildiriblər ki, belə qlobuslardan onsuz da az qalıb. Ancaq onlar bu barədə mal daşıyan şəxsləri məlumatlandıracaqlarını deyiblər. İstənilən halda, Azərbaycana qarşı həqarətin əks olunduğu qlobusun ölkəmizə gətirilməsi və alıcılara təklif edilməsi yolverilməzdir.

İnanırıq ki, müvafiq qurumlar dəftər ləvazimatlarının satışı ilə məşğul olan ünvanlarda qlobus və xəritələr, o cümlədən atlasları nəzərdən keçirəcəklər. (musavat.com)

Paylaş: