Bz. Sen 22nd, 2019

Bölgədə QORXUNC GƏLİŞMƏ: “İsrail İranı vuracaq” – Tramp “yaşıl işıq” yandırdı

“İsrail hazırda İrana birtərəfli hücum etməyi müzakirə edir”.

Bu barədə ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp sələfləri – Corc Buş və Barak Obamadan fərqli olaraq, belə bir hücuma görə məyus olmayacaq.

Mənbənin iddiasına görə, İsrail 2012-ci ildə ABŞ-da Obamanın hakimiyyəti dönəmində İrana hücum etməyə yaxın olsa da, ABŞ son anda İsraili bu qərarından yayındıra bilib.

Bununla belə “Nyu-York Tayms” Trampın nüvə proqramı ilə əlaqədar İranla danışıqlar aparmağa cəhd edə biləcəyini qəbul edən Baş nazir Binyamin Netanyahu ilə də danışacağını yazıb: “Netanyahu Trampa bildirib ki, bu dəfə İrana təsir etmək üçün daha çox imkanları var”.

Məqalədə qeyd olunur ki, Pentaqon ABŞ-ın qərbindəki Fordo səhrasında İranın uran zənginləşdirmə zavodunun dəqiq bir maketini hazırlayaraq, anti-bunker bombası (MOP) ilə partlatdıb: “Birləşmiş Ştatlar İsrailin Obama administrasiyasının İranın nüvə silahı əldə etməməsi ilə bağlı qorxularını aradan qaldırmaq üçün İsrailə bir test videosunu göstərib. İddiaya görə, Amerikanın casus peykləri İsrail dronlarını İranın nüvə obyektlərinə yönəltmək üçün məxfi məlumatlar əldə edib”.

Qəzetin yazdığına görə, 2010-cu ilin noyabrında Netanyahu və o vaxtkı müdafiə naziri Ehud Barak MOSSAD-ın qərargahında bir araya gələrək, İsrailin müdafiə rəsmiləri ilə İrana hücum planını müzakirə edib:

“Lakin silahlı qüvvələrin baş qərargah rəisi general-leytenant Qabi Aşkenazi əhəmiyyətli müvəffəqiyyətlərə baxmayaraq, İsrail müdafiə qüvvələrinin hələ əməliyyat potensialı həddini keçmədiyini söylədikdə söhbət tez bir zamanda mübahisəyə çevrilib.

Digər yandan, Obama administrasiyası İsraili İrana hücum qərarından çəkindirmək üçün hər həftə bir neçə yüksək vəzifəli məmuru İsrailə göndərirdi. Netanyahu da İrana hücum iddiasının həqiqət olduğunu dedi. Həmin dönəmdə amerikalılar bu səbəbdən narahat idilər, sonda isə uçurumun kənarından geri çəkildilər”.

“Düşünürəm ki, Trampın Netanyahuya İrana hücum etməsinə “yaşıl işıq” yandırması daha çox ehtimal olunur. Ancaq bu böyük bir riskdir”, – deyə ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro “Nyu-York Tayms”a bildirib. (teleqraf.com)

Paylaş: