Şb. Sen 21st, 2019

“Bu APA Holdinqə yaraşmadı!”

Bu gün APA Holdinqin tərkibində fəaliyyət göstərən Kulis.az saytında AYB-nin XIII-cü qurultayında namizədliyini verəcəyini elan edən gənclər haqqında yayımlanan bir yazının “AYB sədrliyinə namizəd olan gəncləri öldürək! – Gənc yazardan şok təklif” başlığı gənc yazarlardan Tural Turan, Emil Rasimoğlu və Fuad Cəfərli tərəfindən birmənalı qarşılanmadı:

Emil Rasimoğlu: “Bu gün APA Holdinqə məxsus olan Kulis.az saytının “AYB sədrliyinə namizəd olan gəncləri öldürək! – Gənc yazardan şok təklif” başlığı ilə ictimaiyyətə təqdim olunması müstəqillik statusu daşıyan, qanunvericiliyi olan bir ölkədə mətbuatın cinayət xarakterli şəklində, eyni zamanda qeyri-peşəkar tərzdə təqdim olunmasıdır. Bu APA Holdinqə yaraşmadı! Sadəcə bu qədər.” 

Fuad Cəfərli: “APA Holdinq daha böyük idi! Ümid edək ki, bu sadəcə yanlışlıqdır və düzələcəkdir.”

 

Paylaş: