Bz. Sen 22nd, 2019

İran ordusu ABŞ-a müharibə ELAN ETDİ: “Gücümüzü meydanda görəcəksiniz”

İran İslam Ordusunun İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a müharibə elan edib.

SEPAH-ın baş komandanı Hüseyn Səlami ordusunun İranı müdafiə etməyə hər zamankından daha yaxşı hazır olduğunu vurğulayaraq “gerçək üzümüzü meydanda görəcəksiniz” ifadələrini deyib.

“İranın hərbi gücü bir neçə dəfə sınaqdan keçirilib. Düşmən müdafiə gücümüzün sadəcə kiçik bir parçasını gördü. Bu halı ilə belə hərbi gücümüzün sarsılmaz olduğunu bilirlər. Biz böyük qüvvələr qarşısında hərbi gücümüzü hər ötən gün daha da artırmaqdayıq”- Səlami bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İran İnqilab Keşikçiləri Korpusunun maliyyə şəbəkəsinə zərər verməyə kömək edəcək bilgilər qarşılığında 15 milyon dollar mükafat vəd edib. (publika.az)

Paylaş: