Be. Sen 16th, 2019

Dünyaya 850 milyard dollara başa gələcək MÜHARİBƏ

ABŞ və Çin arasındakı “ticarət müharibəsi” dünya iqtisadiyyatına 850 milyard dollara başa gələcək. 

Turkustan.info xəbər verir ki, bu qənaətə “Reuters” agentliyinin mütəxəssisləri gəlib. Nəticələr ABŞ Federal Ehtiyatlar Sisteminin rəqəmləri analiz edilərək hazırlanıb.

Analitiklər öz məqalələrində bildiriblər ki, ticarət siyasətindəki qeyri-müəyyənlik 1970-ci ildən bəri pik səviyyəyə çatıb.

Ekspertlər xəbərdarlıq edib ki, yaranmış vəziyyətdən dəyən ziyan dünyadakı ümumdaxili məhsulun 1 faizi həcmində ola bilər.

Xatırladaq ki, iki ölkə arasında ticarət savaşı pik nöqtəyə çatıb.    /Cebhe.info/

Paylaş: