Ça. Sen 17th, 2019

Putin dünyanın ən gözəl məkanının adını açıqladı – FOTO

Rusiya prezidenti Vladimir Putin dünyanın ən gözəl yerinin adını açıqlayıb.

Prezident Kamçatkadan gözəl yer görmədiyini etiraf edib və yarımadanı “brilyant” adlandırıb.

Şərqi İqtisadiyyat Forumu çərçivəsində Uzaq Şərq bölgəsinin inkişafına fayda verən qurumların təmsilçiləri ilə bir araya gəlib. Rusiyanın yeganə vulkan muzeyinin yerləşdiyi Kamçatkadakı “Vulkan akvariumu”nun qurucusu Sergey Samoylenkonun muzeyə federal dəstək istəməsi üzərinə Putin “Kamçatka bizim brilyantımızdır. Oradakı hər şey qorunur. Dünyada Kamçatkadan daha gözəl yer görmədim” deyib.

Qeyd edək ki, Vladimir Putin təbiətə diqqəti və heyvan sevgisi ilə digər həmkarlarından fərqlənir. (publika.az)

Paylaş: