Bz. Sen 22nd, 2019

Rusiya telekanallarında erməni lobbisi… – Azərbaycana HÜCUMUN PƏRDƏARXASI

Terror təşkilatlarına silah tədarükü mövzusu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri ərəfəsində yayılıb. Hesab edirəm ki bu, erməni lobbisinin Moskva ilə Bakının münasibətlərini pozmaq üçün növbəti uğursuz cəhdi idi.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bu sözləri “Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov bildirib.

“ABŞ tərəfindən terror təşkilatlarına silah tədarükü məsələsi son günlərdə Rusiya mətbuatında, xüsusilə də “Rossiya 24” telekanalında verilişlərin birində müzakirə olunur.

Ötən gün bu mövzu yenidən Rusiya televiziyasında müzakirə obyekti olub, bu dəfə həmin kontekstdə guya terror təşkilatlarına silah tədarük edən Azərbaycanın “Silk Way” aviaşirkətinin də adı çəkilib”, – o qeyd edib.

Elxan Ələsgərovun sözlərinə görə, həmin təxribatın Rusiya televiziyasında erməni təbliğat maşınının vasitəçiliyi ilə yer aldığı heç bir şübhə doğurmur:

“Sirr deyil ki, ermənilər mətbuat vasitəsilə dünya ermənilərinin Rusiyada maraqlarını yaymaq üçün tez-tez Azərbaycan haqqında kütləvi yalan məlumatlar tirajlayırlar. Qeyd etmək lazımdır ki, terror təşkilatlarına silah tədarükü mövzusu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri ərəfəsində yayılıb. Hesab edirəm ki bu, erməni lobbisinin Moskva ilə Bakının münasibətlərini pozmaq üçün növbəti uğursuz cəhdi idi.

Eyni zamanda Rusiya telekanallarında erməni lobbisinin vasitəçiliyi ilə səslənən təxribatçı bəyanatlar təhlükəli trendə çevrilir, çünki bu, Rusiya ictimaiyyətində Azərbaycan və ölkəmizdə baş verən proseslər barədə yanlış təsəvvürlər formalaşdırır.

Bir neçə il əvvəl Rusiya televiziya proqramlarında yenə erməni lobbisinin vasitəçiliyi ilə absurd ittiham səslənirdi ki, guya Azərbaycan Silahlı Qüvvələrində İŞİD terrorçuları döyüşür.

“Silk Way” aviaşirkətinin fəaliyyəti ilə bağlı təxribatçı bəyanatlara gəldikdə isə, hesab edirəm ki, şirkətin fəaliyyəti Azərbaycanın qonşularımıza rahatlıq verməyən uğurlu nəqliyyat siyasətinin bariz nümunəsidir. Görünür ki, Yerevanda “Silk Way Airlines” aviaşirkətinin yükdaşıma şəbəkəsinin daim genişlənməsi, tədarük coğrafiyasının böyüməsi, bununla da Azərbaycan nəqliyyat imkanlarının artması ciddi narahatlıq doğurur”.

Paylaş: