Be. Sen 16th, 2019

Şagirdlər məktəbə mobil telefon apara bilər? – NAZİRLİKDƏN CAVAB

Tədris ilinin başlama ərəfəsində bəzi məsələlər yenidən müzakirə olunmağa başlayıb.

Turkustan.info “oxu.az”a istinadla xəbər verir ki, bunlardan biri şagirdlərin məktəbə telefon aparması məsələsidir.

Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünür. Lakin telefonların uşaqların diqqətini yayındırdığını nəzərə alsaq, mübahisəli məsələ yaranır.

Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə icazə verilirmi?

Təhsil Nazirliyindən bildirilib ki, ümumtəhsil məktəblərində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur:

“Lakin tədris prosesi zamanı istifadəyə yol verilmir”.

Paylaş: