Bz. Sen 15th, 2019

Vilayət Eyvazovdan iki MÜHÜM TƏYİNAT

Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

Turkustan.info “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.

Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.

Paylaş: