Bz. Sen 22nd, 2019

Azərbaycan bazarına dəvə əti çıxarılacaq? – Ərəb turistlərə satılacaq qida

Avropa İttifaqı (Aİ) Tədqiqat və Innovasiya üzrə Tərəfdaşlıq (PRİMA) layihəsi çərçivəsində Azərbaycanda dəvəçiliyin inkişaf etdirilməsi üçün pul ayırıb. 

Turkustan.info xəbər verir ki, ümumi büdcəsi 2 milyon avro olan layihəyə Fransa, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar adaları daxil edilib. 3 il davam edəcək və 2 milyon avro büdcəsi olan layihə çərçivəsində Türkiyədə dəyəri 375 min avro olan Aydının İncirliova mahalında dəvə ferması salınıb. Azərbaycanda da büdcəsi 250 min avro olan dəvə fermasının açılması gözlənilir. Dəvə südünün litri Türkiyədən xaricə 100 lirəyə (30 manat) satılır. Azərbaycanda isə fərdi dəvəçilik təsərrüfatı ilə məşğul olan şəxslər dəvə ətinin kilosunu 20 AZN-dən başlayan qiymətlə təklif edirlər.

Maraqlıdır ki, Azərbaycanda dəvəçilik inkişaf edərsə, bazarda dəvə əti digər tələrə alternativ ola bilərmi? 

Cebhe.info-ya açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov dəvə ətinin əsasən Azərbaycana gələn ərəb turistlərə satıla biləcəyini deyib:

“Azərbaycan bazarlarında hazırda dəvə əti satılmır. Coratda guya dəvə qutabı verirlər, bu da nə dərəcədə doğrudur,  heç kim bilmir. Bunu AQTA daha yaxşı bilər. Çünki istənilən qida istehsalçısı AQTA-da reysterdə qeydiyyatdadır. Əgər Azərbaycanda dəvəçilik inkişaf etdirilərsə, bazarda çox az miqdarda dəvə əti satışa çıxarıla bilər. Lakin ərəb turistlərin Azərbaycana gəldiyi bir şəraitdə belə hesab etmək olar ki, 8 il əvvəllə müqayisədə dəvə ətinə tələbat 40% artar. Bunu yalnız ərəb turistlərinin Azərbaycana gəlişi ilə bağlamaq olar”. 

Paylaş: