Şb. Sen 21st, 2019

Azərbaycan Qarabağdakı qanunsuz “seçkilərin” qarşısını necə ala bilər? – Yeganə yolu… – TƏKLİF

Sabah Azərbaycan torpaqlarında yaradılmış qondarma Qarabağ rejimi “bələdiyyə seçkilər”i keçirəcək.  İşğal olunmuş ərazilərdə yerli idarətmə orqanlarını seçəcək bu qanunsuz “seçki prosesi” rəsmi Bakı tərəfindən bəyanat verilərək pislənilib.

Buna baxmayaraq, seçkilərə bəzi xarici ölkələrdən müşahidəçilərin də gəlişi gözlənilir. Bəs Azərbaycan bu qanunsuz seçkilərin qarşısını hansı yollarla ala bilər?

“Atlas” Araşadırmalar  Mərkəzinin  rəhbəri, politoloq  Elxan Şahinoğlu Modern.az-a açıqlamasında beynəlxalq təşkilatların biganəliyini önə çəkib.

“Aydındır ki, Dağlıq Qarabağda keçirilən hər bir seçki qanunsuzdur.Azərbaycan tərəfinin də hər zaman bu məsələlərdə reaksiyası özünün göstərir. Ancaq çox təəssüf ki, bu reaksiyalarla iş həll olunmur. Belə deyək, dərman öz işindədir. Biz real situasiyaya təsir edərmi?- deyirik , onlar isə  istədiyi seçkini keçirir.  Dırnaq arası iqtidar və qanunverici orqanlarını formalaşdırır. Çox təssüf ki, biz bu məsələyə mane ola bilmirik. Çox acınacaqlı bir vəziyyətdir ki, beynəlxalaq təşkilalar, o cümlədən birbaşa bu işlə məşğul olmalı olan ATƏT-in Minsk Qrupu da bu məsələylə bağlı heç bir reaksiya bildirmir. Bu münaqişə həll olunmur və bunun əvəzində biz görürük ki, işğalçılar seçkilər keçirir, köçürülmə siyasəti aparırlar. Öz hərbi planlarını  hansı ki, boşaldılmalı olan Kəlbəcər, Şuşa, Laçında kiçik müəssisələr açırlar. Təsssüflə bildirirəm ki, bu kimi məsələlərə də beynəlxalq təşkilatlar biganə yanaşırlar.

Politoloq Qarabağdakı qanunsuz proseslərin qarşısını almaq üçün hərbi təzyiqdən istifadə olunmasını məqbul görür.

“Biz nə qədər bu proseslərə izləyici kimi qalacayıq. Çünki, gələn ildə Dağlıq Qarabağda prezident seçkiləri keçiriləcək. Hazırda ona da indidən hazırlıq prosesi gedir. Bu proseslərin qarşısını almağın yeganə yolunu hərbi təzyiqdə görürəm”.

Paylaş: