C. Sen 20th, 2019

Görün Nazarbayevlə bağlı necə sual qoyuldu? – 20 min dollar qazanc

Hindistan sakini Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə bağlı suala cavab verərək 20 min dollar qazanıb.

Bu barədə “Astana” telekanalı məlumat yayıb.

Həmin şəxs “Kaun Banega Crorepati” (“Kim milyonçu olmaq istəyir?”) şousunda iştirak edib. 20 min dollar üçün verilən son sual “2019-cu ildə hansı ölkənin paytaxtı ilk ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilib” sualı olub.

Suala dörd cavab variantı təklif edilib: Qırğızıstan, Qazaxıstan, Keniya və Kosovo. Proqram iştirakçısı adları qarışdırıb. Bu qədər böyük pul üçün risk etməməyi qərara alıb və köməkdən yararlanıb. Xoşbəxtlikdən mütəxəssisin verdiyi cavabı düzgün olub və Hindistan sakini 20 min dollar əldə edib. (teleqraf.com)

Paylaş: