Bz. Sen 22nd, 2019

Gürcüstanda baş nazir əvəzlənməsi Azərbaycana nə vəd edir? – AÇIQLAMA

Sentyabrın 5-də Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verdiyin açıqladı. Hazırda baş nazir postuna daxili işlər naziri Georgi Qaxariya yeganə namizəd olub.

Bundan əvvəl, spiker postuna da dəyişiklik olmuşdu.

Bəs Gürcüstanda hakim komanda içində dəyişiklik bu strateji tərəfdaşmızla münasibətlərimizə hər hansı mənfi təsir göstərə bilərmi?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az-a Gürcüstanda yeni baş nazirin seçilməsinin Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə heç bir mənfi təsir etməyəcəyini bildirib.

“Bilirsiniz, Gürcüstanda da , Azərbaycanda da baş nazirlər dəyişilib, ancaq bu  Azərbaycan- Gürcüstan strateji  partnyorluğuna heç bir xələl  gətirməyib. Bizim münasibətlərimizi süni şəkildə kiminsə hakimiyyətə gəlib pozmağı Gürcüstan milli maraqlarına qarşı cinayət deməkdir. Ona görə düşünmürəm ki, Georgi Qaxaria şəxsi keyfiyyətlərindən asılı olmayaraq bunu edə bilər ”.

Paylaş: