Bz. Sen 15th, 2019

İsgəndər Həmidov daha bir əməliyyata hazırlaşır: Yanına heç kəs buraxılmır

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Hərəkatının Təşkilat Komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov Türkiyədə Gülhanə Tədris və Araşdırma Xəstəxanasında əməliyyat edilib. 

Turkustan.info   xəbər verir ki, Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvlərindən olan Salman İmanlı sabiq nazirin durumu barədə məlumat verib:

“İsgəndər bəyin vəziyyəti normaldır. Dünən saat 14:00 radələrində əməliyyat olunub. Təxminən 2 saatlıq əməliyyat uğurla başa çatıb. Hazırda yanına yalnız öz həkimi girə bilir. Məlumatları da bizə həmin həkim çatdırır. İsgəndər bəy əməliyyatdan öncə mənə dediyinə görə, təxminən bir həftədən sonra Azərbaycana qayıdacaq. Bir ay qaldıqdan sonra yenidən Türkiyəyə gedib bu dəfə də börəyindən əməliyyat olunacaq. Çünki deyiblər ki, birinci ürək əməliyyatı olmalıdır. Ürək ağır əməliyyat olduğu üçün birinci nəzərdə tutulmuşdu. Ardıcıl olaraq isə böyrək və prostat vəzindən əməliyyat olunacaq. Mən düşünürəm ki, bu ilin sonuna kimi İsgəndər bəy bu əməliyyatlardan çıxıb normal, sağlam həyata qayıdacaq”.    /Cebhe.info/

Paylaş: