Bz. Sen 22nd, 2019

Novruzovun keçmiş nazirlərlə bağlı ittihamlarına daha bir CAVAB

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlaması ictimaiyyətin diqqətini çəkib.

Bəzi saytlar həmin açıqlamada Siyavuş Novruzovun hədəf göstərdiyi eks-nazirlər arasında keçmiş ekoklogiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da adının hallandırmışdı.
Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Hüseyn Bağırovun sözçüsü, Qərb Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov Modern.az-a deyilənləri təkzib edib.

O, eks-nazirin YAP-ın siyasi şurasında fəaliyyətini davam etdirdiyini də sözlərinə əlavə edib.

“Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı açıqlamasından sonra, bəzi saytlar təəssüflər olsun ki, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun adını da hallandırıb. Ancaq H.Bağırovun dövlətimizi, dövlətçiliyimizlə bağlı mövqeyi aydındır. O, bütün məsələlərdə dövlətimizin yanındadır, hazırda Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü kimi fəaliyyətini davam etdirir, partiyanın tədbirlərində iştirak edir, partiya üzvü kimi öhdəliklərini yerinə yetirir. Və Hüseynqulu Bağırov nə ölkə xaricində, nə də ölkə daxilində heç kimi maliyyələşdirmir. Hazırda isə səhhəti ilə bağlı ölkə xaricində, müalicədədir”.

Paylaş: