Şb. Okt 19th, 2019

SON DƏQİQƏ! Türkiyədən Bakıya gələn avtobus QƏZAYA DÜŞDÜ – ÖLÜ VƏ YARALILAR VAR

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.  / Redaktor.az/

Paylaş: