Be. Noy 18th, 2019

Azərbaycanda “xərçəng”dən ölənlərin sayı sürətlə artır – İllər üzrə ölənlərin SAYI

Ötən il Azərbaycanda 57 min 250 nəfər dünyasını dəyişib.
Turkustan.info bildirir ki, Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, dünyasını dəyişən insanların 15,2%-i və ya 8 min 718 nəfərinin ölüm səbəbi “şiş” xəstəliyi (yenitörəmələr) olub. Yenitörəmələrdən ölənlərin sayı son bir ildə 53 nəfər artıb. 1995-ci ildə “şiş” xəstəliyindən ölənlərin sayı ötənilki göstəricidən təxminən 2 dəfə az – 4 min 761 nəfər olub.
İllər üzrə “şiş” xəstəliyindən ölənlərin sayı belə olub:

İllər “Şiş” xəstəliyindən ölənlərin sayı
1995 4 761
2000 5 081
2005 6 381
2010 6 633
2011 5 999
2012 5 886
2013 6 383
2014 6 982
2015 7 278
2016 8 252
2017 8 665
2018 8 718

 

Paylaş: