Be. Noy 18th, 2019

“Mehriban” mahnı və rəqs ansambılı Ankaranın Beypazarı festivalında uğurla cıxış edib – FOTO+VİDEO

Ankaranın Beypazarı ilçesində 25-ci “Uluslararası Beypazari və Yöresi kültür, turizm tarihi festivalı“  keçirilir.

Turkustan.info bildirir ki, Festivalda Türkiyə, Azərbaycan, Kipr Türk Cümhuriyyəti, Rusiya, Osetiya, Gürcüstan və digər ölkələrdən rəqs qrupları iştirak edir. Ölkəmizi festivalda “Mehriban” mahnı və rəqs qrupu təmsil edir.

Səbinə Nəcəfovanın rəhbərlik etdiyi qrupun ifasında “Toqqata”, “Qızların harayı” rəqsləri və  “Azərbaycan-Türkiyə” mahnısı təqdim olunub və tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Beypazarı bələdiyyə rəisi Tuncer Kaplan və ilçe rəsmilərinin də iştirak etdiyi festivalda sənətkarların əl işlərindən ibarət nümunələr nümayiş olunub, sənətkarlıq və mətbəx nümunələri sərgilənib.

Qeyd edək ki, Türkiyədə keçirilən festivallara Quba rayon Uşaq Gənclər İnkşaf Mərkəzinin direktoru Ramin Məmmədlinin təşəbbüsü ilə Azərbaycanın rəqs qrupları qatılaraq fəal iştirak edir.

Festival sentyabrın 8-də başa çatacaq.

Paylaş: