Be. Sen 16th, 2019

Etibar Məmmədov yenidən aktiv siyasətə qayıdır? – AMİP-dən AÇIQLAMA

“Etibar Məmmədovun aktiv siyasətə qayıtması haqqında fikirlər səsləndirilməsi təbiidir”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədovun aktiv siyasətə qayıtması haqqında sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib.
O qeyd edib ki, E.Məmmədov təcrübəli siyasətçidir, hərəkatdan gəlib:

“O, siyasi oyunlarda, intriqalarda iştirak etməyib. Ona görə, xalqın belə tələblə çıxış etməsi normaldır.

Amma siyasətə qayıdıb-qayıtmaması ilə bağlı Etibar Məmmədovun özünün mətbuatda açıqlaması olmayıb. Bu, cəmiyyətin istəyidir, sosial şəbəkələrdə yazılması normaldır. Həqiqətən, belə fikir çoxdan dolaşır, müraciət edənlər olur, müəyyən təkliflər də var. Amma cəmiyyətin bu çağırışına necə reaksiya verəcəyi Etibar Məmmədovun şəxsi açıqlamasından sonra məlum olacaqdır”. (modern.az)

Paylaş: