Be. Sen 16th, 2019

Əbülfəz Elçibəy və Aida İmanquliyeva… BİR ŞƏKLİN TARİXÇƏSİ

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin tələbələri – Əbülfəz Elçibəy, Aida İmanquliyeva… 

Tarixi fotoşəkillə bağlı Turkustan.info-ya filologiya elmləri namizədi Aydın Mədətoğlu (Qasımlı) bələdçilik edib.

A.Mədətoğlunun bildirdiyinə görə fotodakı şəxslər  1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almış məzunlardır. Foto da tələbəlik dövründə çəkilib: “Şəkildə sağdan ikinci Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, onun qarşısında – sağdan ikinci  şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevadır. Soldan 1-ci fəlsəfə elmləri doktoru Zakir Məmmədov, soldan 2-ci filologiya elmləri doktoru Malik Mahmudov… Aydın müəllim fotodakı digər şəxslərin kimliyini xatırlamır.

Paylaş: