Şb. Sen 21st, 2019

Kəmaləddin Heydərovun oğlu tanınmış jurnalistə VƏZİFƏ VERDİ – FOTO

Tanınmış jurnalist Cəlalə Nəzəroğlu yeni vəzifəyə təyin olunub.

“Libraff” mağazalar şəbəkəsinə rəhbərlik edəcək. Bu barədə o, özünün facebook səhifəsində yazılb: “Dostlar, yeni vəzifəyə təyin olundum.

Bundan sonra “Libraff” mağazalar şəbəkəsinə rəhbərlik edəcəm.

Göstərilən etimada görə “GİLAN Holdinq” rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm.

Vətənə, millətə xeyirli olsun”.

Qeyd edək ki, Tale Heydərov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. (cebhe.info)

Paylaş: