C. Sen 20th, 2019

Kikboks çempionu adam öldürdü – ANBAAN VİDEO

Türkiyənin milli Kikboks çempionu mübahisə etdiyi şəxslərdən birini qətlə yetirib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda bir gecə klubunun çıxışında cinayət baş verib.

Gecə saat 3 radələrində əyləncə mərkəzindən çıxan türkiyəli tanınmış kikboksçu Bərkə Şahin ona baxdıqları üçün 2 nəfərlə mübahisə edib.

Qısa vaxt sonra həmin iki gənc motoskiletlərinə minərək hadisə yerindən qaçıblar.

İdmançı isə dostunun motoskileti ilə onları qovaraq birini tutub və döyüb.

Döydükdən sonra kikboksçu həmin gənci bıçaqlayaraq qətlə yetirib.

Dəhşətli hadisə ətrafdakı kameralar tərəfindən anbaan lentə alınıb.   /yeniavaz.com/

Paylaş: